İran neft qiymətini artırdı – Çinə qarşı gözlənilməz addım

İran Çinə tədarük edilən neftin qiymətini artırıb.

Bu barədə “Reuters” agentliyi mənbələrə istinadən məlumat yayıb.

Pekin Tehranın bu addımına cavab olaraq İrandan neft idxalını dayandırıb.

Qeyd edək ki, İrandan gələn tədarüklər Çinin neft istehlakının təxminən 10%-ni təşkil edir.

Agentlik bildirir ki, Çin İran, Venesuela və Rusiyadan endirimlə neft almaqla milyardlarla dollar qənaət edib. Hazırda alıcılar neftin qiymətinin aşağı salınması üçün danışıqlar aparmağa çalışırlar.

Related posts

Bu Avropa şəhərinə giriş sabahdan pullu olacaq

Trampdan şok addım: İsrailin İrana zərbəsinə imkan vermədi

Çin bir qərarı ilə ABŞ-ni iflic vəziyyətə saldı