İran neft qiymətini artırdı – Çinə qarşı gözlənilməz addım

İran Çinə tədarük edilən neftin qiymətini artırıb.

Bu barədə “Reuters” agentliyi mənbələrə istinadən məlumat yayıb.

Pekin Tehranın bu addımına cavab olaraq İrandan neft idxalını dayandırıb.

Qeyd edək ki, İrandan gələn tədarüklər Çinin neft istehlakının təxminən 10%-ni təşkil edir.

Agentlik bildirir ki, Çin İran, Venesuela və Rusiyadan endirimlə neft almaqla milyardlarla dollar qənaət edib. Hazırda alıcılar neftin qiymətinin aşağı salınması üçün danışıqlar aparmağa çalışırlar.

Related posts

Can Azərbaycanın Müstəqillik Günü mübarək olsun! – Türkiyə XİN

Zakir Həsənov Pakistan Quru Qoşunları komandanı ilə görüşdü – FOTO

İvanişvili ABŞ səfiri ilə görüşdən imtina etdi