“Tut ağacı” mahnısının bəstəkarı: “Aygün Bəylərlə çox fərqli münasibətimiz olub”

“Mədəniyyətimiz üçün çox ağır itkidir”.

Bu sözləri Əməkdar incəsənət xadimi Aygün Səmədzadə mərhum Əməkdar artist Aygün Hümmətova (Bəylər) ilə vida mərasimində deyib.

“Onu qoruya bilmədik. Özü də özünü qoruya bilmədi. Son dəfə konsertindən öncə “Tut ağacı” mahnısı ilə bağlı danışmışdıq. Əslində, xəstəliklə bağlı sonu bilirdik. Amma nə qədər bilsək də… Düşünürdük ki, Aygün Bəylər həmişə yaşayacaq. Bizim onunla çox fərqli münasibətimiz olub. Mənim mahnılarımı ifa edib. Məni kimsə tanımayanda deyirəm ki, “Məktəb illəri”, “Tut ağacı”nın bəstəkarıyam. İnsanların siması o anda dəyişir. Mahnıların özü bir xatirəyə çevrildi. Əslində, Aygün Bəylər haqqında çox danışa bilərəm, amma hazırda çətindir”.

Related posts

Xalq artisti Yaşar Nurinin xatirəsi anılıb

Bu gün görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun anadan olmasından 102 il ötür

Kino sənətinin vurğunu