Rusiya bu vilayətin insanlarını təxliyə edir

Rusiya son vaxtlarda Ukraynanın Belqorod vilayətinə davamlı hücumları nəticəsində ərazidəki insanları, xüsusən də uşaqları digər vilayətlərə təxliyə etmək qərarına gəlib.

Bu barədə qubernator Vyaçeslav Qladkov teleqram kanalında məlumat verib.

O bildirib ki, hazırda Belqorod vilayətində müvəqqəti yaşayış mərkəzlərində 300 nəfər var.

Qubernator əlavə edib ki, vəziyyətlə bağlı hər gün çoxsaylı insan daha təhlükəsiz yerlərə köçmək barədə müraciət edir. “Bunu nəzərə alaraq son 24 saat ərzində Belqoroddan olan uşaqların digər bölgələrdəki kənd məktəb düşərgələrinə göndərilməsi üçün 1,3 min müraciət qəbul etmişik. Voronej, Kaluqa, Tambov və Yaroslavl vilayətlərindən olan qubernator yoldaşlarıma zəng etdim. Hamısı bizə kömək etməyə hazırdırlar. İndi biz artıq mütəxəssislərimizi göndərmişik ki, uşaqların yerləşdirilməsinə baxsınlar. Biz qruplar yaradırıq və onları göndərəcəyik”, – Belqorod vilayətinin qubernatoru yazıb.

Qeyd edək ki, ötən gün daha 100 Belqorod sakininin təxliyə olunduğu xəbəri yayılıb.

Related posts

ABŞ Azərbaycana daha iki minaaxtaran it verdi – FOTO

Ayın torpağından oksigen çıxara bilən vasitə hazırlandı

İsrail və İrana uçuşlar dayandırıldı