Tehranda yaşayış binası uçdu – Ölən və yaralananlar var

İranın paytaxtı Tehran şəhərinin cənubunda yaşayış binası uçub.

Bu barədə yerli “Tasnim” xəbər agentliyi məlumat yayıb.

Səhər saatlarında üçmərtəbəli yaşayış binasının uçması ilə bağlı məlumat daxil olub.

Hadisə nəticəsində 1 nəfərin öldüyü, 2 nəfərin yaralandığı bildirilib.

Yaralananlar tibb müəssisələrinə çatdırılıb, qəza baş verən ərazidə axtarış-xilasetmə işləri davam etdirilir və hadisənin başvermə səbəbləri araşdırılır.

Related posts

Salman Rüşdinin gözünü çıxarana cəza verildi

Güney Azərbaycanın iftixarı: Traktor rekord QIRDI – FOTOLAR

Məşhur “Chailab” restoranı 20 min cərimələnib – Aşpaz köməkçisi şikayət edib