68
Gün boyu davam edən fırtına və leysan yağışları Türkiyənin bir sıra əyalətində ciddi fəsadlara səbəb olub.
Bursada kanalizasiya quyularının daşması səbəbindən yollar çöküb.
Həmçinin 3 mərtəbəli evin zirzəmisini su basıb.
Binanın sahibi Zahide Oral evinin yerləşdiyi yerin dərə yatağı olduğunu bildirib.
“Uzun müddətdir yol işləri gedir. Günlərdir deyirəm ki, buradan maşın gəlməsin. Evimi müsadirə et, ya da yolu açma bağla dedim. Neçə gündür səhərə kimi xəstə keşiyindəyəm. Su basmış evdə kirəkeş qalır. Yuxarıya qədər hər şey batıb. Nə deyim, daha nə deyim, kimə şikayət edim? Bu yağışda yazıqdı, günahdı millətə. Mən bu hadisəni hər il yaşayıram”.
Günay