61
İranın ali rəhbəri Əli Xameneinin ofisinin müşavirlərindən biri olan Möhsün Səravani edam edilib.
Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.
Verilən məlumata görə, təxminən 20 gün öncə dar ağacından asılan Möhsün Səravani İsrailin xüsusi xidmət orqanı – “Mossad”a casusluqda ittiham edilib. Onun edam edilməsi barədə xəbər isə bu gün mediaya sızdırılıb.
Qeyd olunub ki, Möhsün Səravani 2017-ci ildə Sistan və Bəlucistan əyalətinin valisinin müşaviri kimi rəsmi olaraq fəaliyyətə başlayıb. Daha sonra isə Xameneinin xüsusi işlər üzrə müavini Vəhid Həqqanianla yaxın əlaqə quraraq İran rəhbərinin ofisində fəaliyyətə başlayıb