Finlandiya Rusiyaya mesaj: sərhədi açmayacağıq

Finlandiyanın Baş naziri Petteri Orpo Rusiyanın üçüncü ölkələrdən qaçqınları sərhədə göndərməsi təhlükəsi olarsa, yanvarın 14-ü başa çatacaq mövcud lokdaunu davam etdirəcəklərini, Rusiya ilə sərhədi açmayacaqlarını istisna etməyib.

O bu barədə “Yle” portalına müsahibəsində bildirib.

“Hazırda məndə olan məlumata əsasən, Rusiyada heç nə dəyişməyib. Rusiyanın əməliyyatını dərhal bərpa edəcəyinə dair aydın əlamətlər və ya təhdidlər olarsa, Finlandiya sərhədi açmayacaq”, – Orpo deyib.

O qeyd edib ki, qərar qəbul etmək üçün səlahiyyətli orqanlar tərəfindən hərtərəfli qiymətləndirmə aparılacaq.

Related posts

Bu Avropa şəhərinə giriş sabahdan pullu olacaq

Trampdan şok addım: İsrailin İrana zərbəsinə imkan vermədi

Çin bir qərarı ilə ABŞ-ni iflic vəziyyətə saldı