Prezident hələ də işğalda qalan 8 kənddən danışdı

Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində ölkəmizin hələ də işğal altında qalan kəndləri barədə danışıb.

Dövlət başçısı bu gün işğal altında qalan səkkiz kəndin məsələsinin daim gündəlikdə olduğunu bildirib.

“Bu məsələ həm mənim Ermənistanın baş naziri ilə təmaslar əsnasında müzakirə edilir, o cümlədən Sankt-Peterburqda ayaqüstü son söhbət zamanı mən bu məsələni qaldırmışdım və eyni zamanda, delimitasiya ilə bağlı komissiyaların gündəliyində də bu məsələ dayanır. Onu da bildirməliyəm ki, komissiyaların növbəti görüşü bu ay nəzərdə tutulur və orada bir mövzu olacaq: həmin o bölgənin delimitasiya məsələsi, Qazax-Tovuz bölgəsinin”, – deyə Prezident İlham Əliyev vurğulayıb.

Related posts

“Ermənistan terrora çağırış, yeni müharibə hədələri ilə çıxış edir”- Video

Ermənistan sərhədə ordu yığır – İrəvan müharibə hazırlığı içində

Rəsmi Bakıdan Fransaya ŞİLLƏ KİMİ cavab: Rədd edirik!