Yadplanetlilərə Yerə gəlmək üçün dəvət göndərilib – ABŞ-də

ABŞ-də Kentukki ştatının Leksinqton şəhərindən olan bir qrup alim və dilçi planetimizi, xüsusən də Leksinqtona səfər etmək çağırışı ilə kosmosa siqnal göndərib.

Bu barədə “Space.com” portalı məlumat yayıb.

Məlumatda Kentukki ştatının dağlıq mənzərəsinin kodlaşdırılmış təsviri, insan fiqurları və atlar, həmçinin su, etil spirti və xoşbəxtlik hormonu dopamin molekullarının diaqramları var.

Siqnal Yerdən 40 işıq ili və ya 378 trilyon kilometr məsafədə yerləşən TRAPPIST-1 ulduz sisteminə infraqırmızı lazer vasitəsilə göndərilib.

Mütəxəssislər bilərəkdən TRAPPIST-1-i seçiblər. Çünki onun tərkibində çoxlu sayda potensial yaşayış olan planet var. Çağırış 2063-cü ilə qədər təyinat yerinə çatacaq.

Related posts

Petrosyan Çingiz xanın sözlərini paylaşdı: İrəvanda təşviş…

Kreml: Vəziyyət çox gərgindir

Ağ Evdən Harrislə bağlı AÇIQLAMA