London on il ərzində Kiyevi dəstəkləyəcəyinə söz verdi

“Ukrayna və Böyük Britaniyanın bağladığı təhlükəsizlik zəmanətləri haqqında saziş on il müddətinə nəzərdə tutulub”.

Bu barədə Britaniya hökumətinin saytında dərc olunmuş sənəddə deyilir.

“Böyük Britaniya bu sazişin müddəti ərzində Ukraynanı dəstəkləməyə davam edəcək”, – müqavilənin mətnində qeyd olunub.

Qeyd edək ki, bu gün Ukrayna Prezidenti Volodimir Zelenski və Böyük Britaniyanın Baş naziri Rişi Sunak Ukrayna üçün təhlükəsizlik zəmanətləri haqqında saziş imzalayıblar.

Related posts

Petrosyan Çingiz xanın sözlərini paylaşdı: İrəvanda təşviş…

Kreml: Vəziyyət çox gərgindir

Ağ Evdən Harrislə bağlı AÇIQLAMA