ABŞ Mərkəzi Komandanlığı bildirib ki, Amerika ordusu bu gecə Yəməndə husilərin radar stansiyasına hava zərbələri endirib. Zərbələr “Tomahawk” qanadlı raketlərindən istifadə etməklə USS Carney (DDG-64) esminesi tərəfindən həyata keçirilib.
Bu barədə ABŞ Mərkəzi Komandanlığın X sosial şəbəkəsində məlumat verilib.
Komandanlığın məlumatına görə, radarlara zərbələr husilərin Qırmızı dənizdə gəmiçiliyə hücum etmək qabiliyyətini pozmaq üçün lazımdır.