Pentaqon: Husiləri bu raketlərlə vurduq

ABŞ Mərkəzi Komandanlığı bildirib ki, Amerika ordusu bu gecə Yəməndə husilərin radar stansiyasına hava zərbələri endirib. Zərbələr  “Tomahawk” qanadlı raketlərindən istifadə etməklə USS Carney (DDG-64) esminesi tərəfindən həyata keçirilib. 

Bu  barədə ABŞ Mərkəzi Komandanlığın X sosial şəbəkəsində məlumat verilib.

Komandanlığın məlumatına görə, radarlara zərbələr husilərin Qırmızı dənizdə gəmiçiliyə hücum etmək qabiliyyətini pozmaq üçün lazımdır.

Related posts

TƏCİLİ: Rusiyadan Ukraynaya DƏHŞƏTLİ ZƏRBƏ – Ölənlər və yaralananlar var – VİDEO

Hindistan bizi İsrail silahları ilə vurdu – Şahbaz Şərif

Hindistan Pakistanın suyunu kəsir – müharibə vəziyyəti davam edir