Milli Kitabxanada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Yanvarın 18-də Azərbaycan Milli Kitabxanasında 20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

Kitabxanadan bildiriblər ki, əvvəlcə Azərbaycanın müstəqilliyi uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Anım tədbirində 20 Yanvar gününün xalqımızın yaddaşında həm hüzn, həm də qürur günü olduğu qeyd edilib. 20 Yanvar şəhidlərinin xatirəsinin xalqımız tərəfindən hər zaman yad olunduğu bildirilib.

Tədbir zamanı Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanan “20 Yanvar – Qan yaddaşımızdır” adlı elektron məlumat bazası və “20 Yanvar – Ümumxalq hüzn və qürur günüdür” adlı ənənəvi kitab sərgisi təqdim olunub.

Sərgidə yanvarın 19-dan 20-nə keçən gecə baş verən hadisələri əks etdirən kitablar və dövri mətbuat səhifələrində dərc olunan məqalələr nümayiş olunub.

Related posts

Pənahəli xanın ocağından görüntülər

Azərbaycanda Milli Musiqi Günüdür

Polad Bülbüloğluna Ermitaj Mükafatı VERİLDİ