NATO 90 minlik hərbi təlimlərə hazırlaşır

NATO 90 000-ə yaxın hərbçinin cəlb olunacağı hərbi təlim keçirməyə hazırlaşır.

Bu barədə ABŞ ordusunun generalı və ABŞ-ın Avropa Komandanlığının komandanı Kristofer Gerard Kavoli bildirib.

General Kavolinin sözlərinə görə, NATO müttəfiqlərindən və İsveçdən gələcək təxminən 90 000 hərbçi gələn həftə başlayacaq və may ayına qədər davam edəcək “Steadfast Defender 2024” kimi tanınan onilliklər ərzində ən böyük təlimdə iştirak edəcək.

“Steadfast Defender 2024” adlı təlim “Soyuq Müharibə” bitdikdən sonra hərbi ittifaqın ən böyük təlimi olacaq.

Bildirilib ki, təlimin ssenarisi Rusiyanın alyans ərazilərinə şərti hücumu ilə bağlı olacaq..

Qeyd edək ki, “Soyuq Müharibə” bitdikdən sonra bu günə qədər NATO-nun ən böyük təlimi 2018-ci ildə Norveçdə keçirilib. Təlimə təxminən 51 000 əsgər cəlb edilib. NATO-nun indi planlaşdırılandan daha böyük olan sonuncu manevrləri Sovet İttifaqının dağılmasından əvvəl baş tutub. 1988-ci ildə təxminən 125 000 NATO əsgəri hərbi təlimdə iştirak edib.

Related posts

Kim Çen In orduya TAPŞIRIQ VERDİ

Şimali Koreya Rusiyaya dəstək üçün 100 minlik qoşun göndərə bilər

ŞOK! Bayden gedər ayaq Zelinskiyə icazə verdi: koreyalı əsgərlər Kurskda ATACMS-la vurulacaq