DTX əməkdaşları Şəhidlər Xiyabanını ziyarət etdi 

20 Yanvar faciəsinin növbəti ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin əməkdaşları Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının əziz xatirəsini dərin hüznlə anıb, məzarları üzərinə qərənfillər düzüblər.

Bu barədə DTX-nin Mətbuat xidmətindən bildirilib.

Sonra Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti adından “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.

Şəhidlər xiyabanında dəfn edilmiş təhlükəsizlik orqanları əməkdaşlarının məzarları da ziyarət olunub.

Related posts

Dövlət başçısı: Türk dövlətləri ilə nəqliyyat sahəsində əməkdaşlığımız güclənir

Prezident: Türk İnvestisiya Fondunun rəsmi olaraq bu il fəaliyyətə başlaması nəzərdə tutulur

İlham Əliyev: Macarıstan Azərbaycanın etibarlı strateji tərəfdaşıdır