İsrail İranın hərbi qərargahını vurdu: Çox sayda ölən var

İsrail Suriyanın paytaxtı Dəməşqə İran İnqilab Keşikçiləri Korpusuna (SEPAH)  aid olduğu bildirilən evin qərargah kimi istifadə edildiyini əsas gətirərək  raket zərbəsi endirib.

Ölkə.Az “Reuters”ə istinadən xəbər verir ki, raket zərbəsi nəticəsində ciddi dağıntılar əmələ gəlib. Partlayış nəticəsində çox sayda insan ölüb və yaralanıb. Məlumatda həmçinin evin SEPAH-ın qərargahı kimi istifadə edildiyi qeyd olunur.

AFP-nin məlumatına görə isə zərbə zamanı evdə iranlı səlahiyyətlilərin toplantısı keçirilib. Zərbə nəticəsində ən azı 5 nəfərin öldüyü bildirilir.

Qeyd edək ki, 2023-cü ilin dekabrında İsrail Dəməşqə hava zərbələri endirməsi zamanı Qasım Süleymaninin çox yaxın dostu  və  İran İnqilabı Keşikçiləri Korpusunun briqada generalı Razi Musəvini öldürüb.

Related posts

Petrosyan Çingiz xanın sözlərini paylaşdı: İrəvanda təşviş…

Kreml: Vəziyyət çox gərgindir

Ağ Evdən Harrislə bağlı AÇIQLAMA