İsrail Suriyanın paytaxtı Dəməşqə İran İnqilab Keşikçiləri Korpusuna (SEPAH) aid olduğu bildirilən evin qərargah kimi istifadə edildiyini əsas gətirərək raket zərbəsi endirib.
Ölkə.Az “Reuters”ə istinadən xəbər verir ki, raket zərbəsi nəticəsində ciddi dağıntılar əmələ gəlib. Partlayış nəticəsində çox sayda insan ölüb və yaralanıb. Məlumatda həmçinin evin SEPAH-ın qərargahı kimi istifadə edildiyi qeyd olunur.
Qeyd edək ki, 2023-cü ilin dekabrında İsrail Dəməşqə hava zərbələri endirməsi zamanı Qasım Süleymaninin çox yaxın dostu və İran İnqilabı Keşikçiləri Korpusunun briqada generalı Razi Musəvini öldürüb.