Şamaxıda 9 tüfəng polisə təhvil verildi

Vətəndaşlarda olan odlu silah-sursatların könüllü təhvil verilməsi istiqamətində polis əməkdaşları tərəfindən aparılan profilaktik tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan  verilən məlumata görə, cari ay ərzində Şamaxı Rayon Polis Şöbəsinə müraciət edən rayon sakinləri 1-i yivli “Karabin” markalı odlu silah olmaqla ümumilikdə 9 tüfəngi və patronları könüllü olaraq təhvil veriblər.

Bu istiqamətdə aparılan profilaktik tədbirlərə dəstək verdikləri üçün vətəndaşlara təşəkkür edilib.

Related posts

Ağstafada 9-cu sinif şagirdi bıçaqlandı

Gəncədə məktəbdə insident – şagirdlər müəllimə xəsarət yetirdilər (YENİLƏNİB)

Bakıda “uçan” maşının sürücüsü… – FOTO