Əl işləri festivalı çoxlu sayda ziyarətçi cəlb edib

Bakıdakı Rus evində “CultBaku Club”ın, onun üzvləri Dərya Cəfərli və Cəmilə Kərimovanın təşkilatçılığı ilə Əl işləri festivalı keçirilib.

Rusiya İnformasiya-Mədəniyyət Mərkəzindən (RİMM) bildiriblər ki, müxtəlif peşə ustadların əl işlərinin təqdim olunduğu festivalda epoksid qatranından məmulatlar, suvenirlər, bijüteriya, sabunlar, şamlar, toxunma kuklalar, keçədən əl işləri, farfor və şüşə qab-qacaq üzərində əllə naxış, toxuculuq, vitraj, batika məmulatları, yumşaq müəllif oyuncaqları və s. göz oxşayıb.

Festival səmimi ab-havada keçib, çoxsaylı qonaqları ətrafına toplayaraq, onların böyük marağına səbəb olub.

Related posts

Pənahəli xanın ocağından görüntülər

Azərbaycanda Milli Musiqi Günüdür

Polad Bülbüloğluna Ermitaj Mükafatı VERİLDİ