Kreml Putinin Türkiyəyə səfərinin vaxtını açıqlayıb

Kremldən prezident Putinin Şimali Koreyaya və Türkiyəyə səfər vaxtına aydınlıq gətirilib.

Bu barədə açıqlama verən RF prezidentinin sözçüsü Dmitri Peskov Putinin prezident seçkiləri öncəsi Şimali Koreyaya səfəri planlarını təkzib edib.

“Rusiya lideri Vladimir Putinin KXDR-ə səfəri Rusiyada keçiriləcək prezident seçkilərindən əvvəl baş tutmayacaq”, – o qeyd edib.

Türkiyəyə səfər gəldikdə Peskov bildirib ki, Putinin Türkiyə səfəri Şimali Koreyaya səfərdən fərqli olaraq bu ilin martında Rusiyada keçiriləcək prezident seçkilərindən əvvəl baş tuta bilər. “Güman edirik ki, qrafikləri razılaşdıran zaman prezident bu təklifdən yararlanacaq”, – Peskov bildirib.

Related posts

ABŞ Azərbaycana daha iki minaaxtaran it verdi – FOTO

Ayın torpağından oksigen çıxara bilən vasitə hazırlandı

İsrail və İrana uçuşlar dayandırıldı