Ana səhifə XəbərlərSiyasət Qaregin Azərbaycana qarşı ərazi iddiası irəli sürdü: 

Qaregin Azərbaycana qarşı ərazi iddiası irəli sürdü: 

erməniləri qan tökməyə çağırdı

admin2

Ermənistan ordusu təhlükəsiz gələcəyin və müstəqil dövlətçiliyin təminatçısıdır.

Bu barədə bütün ermənilərin katolikosu II Qareginin Ordu Günü münasibətilə müraciətində deyilir. Qaregin müraciətində Azərbaycana qarşı ərazi iddiası səsləndirib, Qarabağın “işğal” olunduğunu bildirib və ölkəni silahlanmağa çağırıb.

“Bölgəmizdə yaranmış ağır vəziyyətdə ordunun gücləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Başımıza gələn bəlalar və faciələr, Dağlıq Qarabağın “işğalı” fonunda hər birimizin səyləri bu məqsədə yönəldilməlidir: ordunu dəstəkləmək və gücləndirmək.

Bu, xalqın dinc və ləyaqətli həyatının, əmin-amanlıqlı gələcəyin və müstəqil dövlətçiliyin təminatı üçün lazımdır”, – Qareginin müraciətində deyilir.

O vurğulayıb ki, erməni ruhanilərinin nümayəndələri həmişə əsgər və zabitlərin yanında olub və olacaqlar.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00