Azərbaycanlı yazıçının kitabı Misirdə çapdan çıxıb

Tanınmış yazıçı, psixoloq Rövşən Abdullaoğlunun psixoloji-detektiv janrda qələmə aldığı “Abaddon” romanı Misirdə “Jusur Publishing” nəşriyyatında ərəb dilində nəşr olunub.

Kitab ilk dəfə Qahirə Kitab Sərgisində oxuculara təqdim olunub.

Roman Azərbaycanda ilk dəfə 2018-ci ildə işıq üzü görüb. Bu vaxta kimi Azərbaycan, rus və ingilis dillərində nəşr olunan kitab ABŞ-ın “Readers Favorite” beynəlxalq kitab

müsabiqəsində münsiflərin rəyi əsasında “beş ulduz” fərqlənmə nişanı ilə təltif edilib.

Müxtəlif janrlarda ümumilikdə 28 kitab müəllifi olan Rövşən Abdullaoğlu “PEN America” Yazıçılar Birliyinin üzvüdür. İngilis dilinə tərcümə olunmuş əsərləri “IndieReader”, “Kirkus”, “Readers”, “Favorite” və “Self-Publishing Review” kimi nüfuzlu ədəbi tənqid qurumlarından yüksək rəy alıb.

Related posts

Bu gün Xalq artisti Sidqi Ruhullanın doğum günüdür

“Azərbaycan muğamı” layihəsi çərçivəsində növbəti konsert

Ermənistandakı türk qalasının GÖRÜNTÜLƏRİ