77
Ötən il İsfahanda terror aktı hazırlayarkən həbs edilən İsrail kəşfiyyat qrupunun 4 üzvünə edam hökmü yanvarın 29-da icra olunub.
Ötən ilin yayında İranın Kəşfiyyat Nazirliyi verdiyi açıqlamada İraq Kürdüstanı vasitəsilə ölkəyə qanunsuz daxil olan “Mossad”a bağlı əməliyyat qrupunu həbs etdiyini bildirilib. İttihama əsasən, onlar İsfahanda Müdafiə Nazirliyinin avadanlıq zavodunu bombalamaq niyyətində olublar.
Həmin qrupun 4 üzvü 2023-cü il sentyabrın 18-də İsrailə casusluq ittihamı ilə edam cəzasına məhkum edilib.
29 yanvar 2024-cü ildə məhkəmə qərarı icra olunub. İranda ölkənin Müdafiə Nazirliyi ilə əlaqəli müdafiə və raket istehsalı zavodunun bombalanmasını planlaşdıran “Mossad” əməliyyat qrupunun 4 üzvü Məhəmməd Fəramərzi, Möhsün Məzlum, Vəfa Azarbar və Pejman Fatehi edam edilib.