Ukraynaya pul köçürdüyü üçün yazıçının qonorarı verilmədi

Rusiyanın AST nəşriyyatı yazıçı Lyudmila Ulitskayanın Ukraynaya pul köçürməsi ilə bağlı açıqlamalarından sonra ona ödənişləri dayandırıb.

Bu barədə TASS-a AST mətbuat xidmətindən məlumat verilib.

“Müəllifin qonorarların Ukraynaya köçürülməsi ilə bağlı bəyanatı ilə əlaqədar olaraq, AST nəşriyyatı Ulitskaya ilə bütün müqavilələr üzrə hər hansı ödənişləri vəziyyət aydınlaşana və satılan kitablardan qonorar alanlarla bağlı müəllifdən mümkün rəsmi açıqlamalara qədər dayandırmaq qərarına gəlib”, – məlumatda deyilir.

Related posts

Ukrayna ABŞ ilə razılaşmaya dair öz mövqeyini hazırlayıb 

ABŞ Çinə 104 % rüsum tətbiq edəcək

İstanbulda Rusiya və ABŞ danışıqları gözlənilir