Rza Zərrab itkin düşdü

Rza Zərrab ABŞ mətbuatının bir nömrəli gündəm mövzusuna çevrilib. 

Suriya və Əfqanıstandakı hücumlar zamanı itkilər verdiyini əsas gətirən ABŞ əsgərləri və ailələrinin vəkilləri itkin düşənlərdə Zərrabın əli olduğunu iddia edib.

26 iyul 2023-cü il tarixində Nyu York Cənub Bölgəsi Federal Məhkəməsində 151 nəfər tərəfindən Zərrab və “Halkbank”a qarşı təzminat iddiası qaldırılıb.

İddiaçıların vəkilləri Zərrabın ABŞ-də itkin düşdüyünü əsas gətirərək hüquqi proseduru başa çatdırmaq üçün əlaqə saxlaya bilmədiklərinə görə məhkəmədən əlavə vaxt istəyiblər.

Həmçinin onun ABŞ-də harada yaşadığını müəyyən edə bilmədiklərini və yaşadığı iddia edilən evin satıldığını bildiriblər.

Vəkillər Zərrabın birdən çox şəxsiyyət və ləqəb daşıma ehtimalını dəyərləndiriblər.

Related posts

İranda iki siyasi məhbus haqqında edam qərarı verildi

İndoneziyada Dukono vulkanı püskürməyə başlayıb

Azərbaycanda tanınmış iş adamının ölkədən çıxışına qadağa qoyulur