ABŞ prezidenti Co Bayden İsrailin baş nazir Benyamin Netanyahu haqqında aşağılayıcı senzurasız ifadələr səsləndirib.
Bu barədə “Politico” qəzeti yazır.
Nəşr qeyd edir ki, Bayden Ağ Ev administrasiyadakı digər demokratlar kimi, o da İsrailin baş nazirinə şübhə ilə yanaşır.
“O, özəl olaraq İsrailin baş nazirini “lənətə gəlmiş pis adam” adlandırıb”, – nəşr yazıb.
Ağ Ev isə bu məlumatla razılaşmayaraq deyilən fikirlərə inkar edib.