Fevralın 6-da Ermənistanda “GALLUP Beynəlxalq Assosiasiyası”nın tamhüquqlu üzvü MPG MMC-nin direktoru Aram Navasardyanın mətbuat konfransı keçirilib.
Tədbirdə yanvarın 23-26-da keçirilmiş sorğunun nəticələri təqdim olunub.
Qeyd edək ki, 2023-cü ilin noyabrında keçirilmiş sorğulara əsasən, respondentlərin 20,4%-i Paşinyana “tam etibar edir”di.
Respondentlərin 13,9%-i “Mən Baş nazirə daha çox güvənirəm” (noyabrda 13,2%) cavabı verib.
“Mən güvənmirəm” deyənlər 28,3% (noyabrda 18,6%) olub.
Respondentlərin 38,1%-i (noyabrda 35,5%) “Nikol Paşinyana ümumiyyətlə inanmadığını” bildirib.
4,6% (noyabrda 12,3%) sorğuya cavab verməkdə çətinlik çəkib.
Beləliklə, araşdırma mərkəzinin Ermənistan ofisinin sorğuları Baş nazir Nikol Paşinyanın reytinqinin aşağı düşdüyünü göstərir.