65
2024-cü ilin əvvəlində Rusiya sərhədçilərinə məhkəmə icraçıları tərəfindən borcla əlaqədar 6,5 milyon vətəndaşın ölkəni tərk etməsini qadağan edən qərar daxil olub.
2024-cü il yanvarın 1-dən Rusiya FTX-nin sərhəd xidməti borcluların xaricə çıxışına müvəqqəti qadağa qoyulması ilə bağlı məhkəmə icraçıları tərəfindən verilmiş 6,5 milyon qərarı icra edir. Ötən ilin yanvar-dekabr aylarında belə qərarların sayı 41,3% artıb.
Qanuna görə, bir vətəndaş üçün bir neçə icra prosesi açıla bilər, onların hər biri üçün məhkəmə icraçısı müxtəlif məhdudlaşdırıcı tədbirləri – bank hesablarına və əmlakına həbs qoyulmasından tutmuş Rusiyadan çıxmasınadək qadağa tətbiq edə bilər.