Səhər efirə baxdım, gözlərim doldu – Vahid Əziz

60 ilə yaxındır ki, seçkilərdə iştirak edirəm. Həyatımda ilk dəfədir ki, seçki məntəqəsində belə növbə görürəm. Bu o deməkdir ki, seçkilər xalq tərəfindən böyük coşqu ilə qarşılanır.

Bu sözləri Amüsahibəsində Xalq şairi Vahid Əziz deyib.

“İlk dəfədir 30 ildən sonra bütöv Azərbaycan səs verir. Səhər efirdə görəndə ki, Xankəndidə, Şuşada səsvermə başlayıb gözlərim doldu. Hər bir azərbaycanlı üçün bundan böyük xoşbəxtlik yoxdur”, – deyə o əlavə edib.

Xalq şairinin sözlərinə görə, yeddi fevral növbədənkənar prezident seçkiləri Azərbaycan tarixində milli bayram kimi qeyd olunmalıdır.

Related posts

Qumadası yaşayış massivində niyə məktəb və bağça yoxdur? – VİDEO

Sumqayıtda məktəb direktoru şagirdlərdən pul tələb edib? – Fakt araşdırılır

Vüqar Əhmədov Beyləqanda vətəndaşları qəbul edib