“Rəngi göyərdi, boğulmalar oldu” – Məntəqə sədrinin qəfil ölümü – VİDEO

Növbədənkənar prezident seçkisi zamanı məntəqə sədri dünyasını dəyişib.

Hadisə 54 saylı Mingəçevir seçki dairəsinin 33 saylı seçki məntəqəsində baş verib. Sözügedən məntəqənin sədri 63 yaşlı Kəmalə Əsgərovanın səhhəti qəfil pisləşib

Məntəqə üzvünün sözlərinə görə, mərhum seçki prosesi zamanı özünü narahat hiss etsə də, işini yarıda qoymayıb:

“Özümüz məcbur etdik ki, təcili yardım çağırılsın. Halı dəyişdi, rəngi göyərdi, boğulmalar oldu. Sonra da təcili yardım gəlib apardı”.

Qeyd edək ki, mərhum Kəmalə Əsgərova iki övlad anası olub.

Related posts

Yaşıl mandarinin bilmədiyiniz faydaları

Mən kimin nəslindənəm? – Şəcərənizi belə öyrənin

Tikinti işləri aparanların NƏZƏRİNƏ – 5 min manat CƏRİMƏLƏNƏCƏKLƏR