İlham Əliyev 92,12 faiz səslə seçkilərdə liderdir

Seçki məntəqələrinin 100 faizindən daxil olmuş ilkin məlumatlara əsasən, İlham Əliyev 92,12 faiz səslə fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkilərində liderdir.

Mərkəzi Seçki Komissiyasının (MSK) saytına istinadən xəbər verir ki, 6537 məntəqədən daxil olan məlumatlar əsasında digər namizədlərin topladığı səs faizi aşağıdakı kimidir:

Prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc – 2,17 faiz;

Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa – 1,98 faiz;

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev – 1,72 faiz;

Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev – 0,80 faiz;

Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev – 0,66 faiz;

Namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev – 0,53 faiz.

Related posts

Prezidentdən nazirlə bağlı sərəncam

Prezident bu qanunlarda dəyişiklik etdi

Azərbaycan COP29-da intriqalara GETMƏDİ