Ana səhifə XəbərlərSiyasət İrəvanın iki seçimi var, ya Bakının şərtlərini seçir, ya da…

İrəvanın iki seçimi var, ya Bakının şərtlərini seçir, ya da…

- AÇIQLAMA

admin2

“Ermənistan tarixin onlara verdiyi acı dərslərdən nəticə çıxarıb sülh istiqamətində real addımlar atmaq əvəzinə, yenə də manipulyasiya və spekulyasiya ilə məşğul  olub bölgədə gərginliyin davam etməsinə çalışır. Bu da ilk növbədə Ermənistan dövlətçiliyinə ciddi təhdid yaradır”.

Bunu Ölkə.Az-a açıqlamasında deputat İltizam Yusifov deyib.

 

Onun sözlərinə görə, Ermənistanın tarixin acı səhvlərini təkrarlaması, onlara sonda baha başa gələcək. “Ermənistan və ermənilər birdəfəlik anlamalıdırlar ki, kimsə kənardan gəlib onların təhlükəsizliyini təmin etməyəcək və bu, mümkün deyil. Belə bir iddiada olan qüvvələrin əsas məqsədi heç də Ermənistanın təhlükəsizliyini təmin etmək yox, bölgədə öz maraqlarının təmin olunmasına nail olmaqdır. Bu istər Fransa olsun, istərsə də digər ölkələr”, – o qeyd edib.

Deputat əlavə edib ki, Ermənistan bölgədə müstəqil bir dövlət kimi mövcudluğunu davam etdirmək istəyirsə, o zaman kənardan “xilaskar” axtarışından vaz keçib, qonşuları ilə normal münasibətlər sistemi qurmağın yolunu tapmalıdır: “Ermənistan qonşuları ilə normal, qarşılıqlı hörmət əsasında münasibətlər qura bilməycəksə və ya yenə də qonşularına qarşı düşmənçilik siyasətini davam etdirəcəksə, bu onların məhvi olacaq. Bu siyasət indiyədək necə iflasa uğrayıbsa, bundan sonra da iflasa məhkum olacaq. Bundan ancaq uduzan tərəf erməni xalqı və dövlətçiliyi olacaq. Ona görə də Ermənistan bir dövlət kimi varlığını davam etdirib, region ölkələri ilə sıx əməkdaşlıq qurub inkişaf etmək istəyirsə, o zaman aşağıdakı şərtlərə əməl etməlidir.

Birincisi, konstitusiyasına dəyişiklik edib Azərbaycan və Türkiyəyə qarşı əsassız iddialardan əl çəkməlidir. Nə qədər ki, bu dəyişiklik olmayıb o zaman bölgədə nə uzunmüddətli dayanıqlı sülhdən, nə də normal əməkdaşlıq və qonşuluq münasibətlərindən danışmağa dəyər.

İkincisi, Azərbaycanın şərtləri daxilində sülh sazişi imzalanmalıdır.

Üçüncüsü, Ermənistan öz təhlükəsizliyinin təmin edilməsi adı altında kənar güclərin əlinə vasitə olmaqdan imtina etməlidir. Əgər erməni tərəfi yuxarıda qeyd etdiyim şərtlərə əməl edərsə, elə Azərbaycan və Türkiyə Ermənistan dövlətinin  təhlükəsizliyinin əsas təminatçısı rolunda çıxış edə bilər. Bu zaman bölgədə uzunmüddətli dayanıqlı sülh, sabitlik, inkişaf və sıx inteqrasiya olunmuş əməkdaşlıq münadibətləri hökm sürər. İstənilən digər variantlar isə bölgədə sülhə, sabitliyə deyil, əksinə, təhlükəsizliyə ciddi təhdid yaradır”.

Deputat hesab edir ki, istər Parisin dəstəyi ilə Aİ-nin həyata keçirdiyi “binokl diplomatiyasi”, istərsə Fransa vasitəsilə bölgədə təhlükəsizliyinə nail olması planları ilk növbədə Ermənistanın milli maraqlarını ciddi təhlükə altında qoyur: “Çünki rəsmi Parisin siyasi mahiyyətini nekolonializm təşkil etdiyindən Cənubi Qafqazda dayanıqlı sülhə deyil, böhranın davam etməsinə xidmət edir. Neokolonializm siyasəti Parisin bütün hərəkətlərində özünü açıq şəkildə büruzə verməkdədir. Bu da ilk növbədə Ermənistanın bir dövlət olaraq varlığını təhlükə altına alıb bölgədə münaqişənin yenidən alovlandırılmasına xidmət edir. Bunun bariz nümunəsi kimi fevralın 12-də Zəngəzurdə sərhəddə baş verən təxribatı və Fransanın son vaxtlarda yürütdüyü siyasəti göstərə bilərik.

Son 4-5 ay ərzində sabitliyin hökm sürdüyü bir mühitdə bu kimi təhrikedici əməllər Ermənistan tərəfindən bəyan edilən sülh mesajları ilə açıq-aşkar ziddiyyət təşkil edir. Bu təxribat məhz Ermənistandakı Avropa İttifaqı Missiyasının müşahidə həyata keçirdiyi ərazidən baş verməsi, bu missiyanın məqsəd və məramlarına dair ciddi suallar yaradır. Bu onu göstərir ki, “Binokl diplomatiyası”nın əsas məqsədi bölgədə sülhün yox, gərginliyin davam etməsidir. Lakin İrəvan bilməlidir ki, Fransanın əlində vasitə olması Ermənistana çox baha başa gələcək. Ermənistan ən azı tarixin onlara veridiyi son acı dərslərdən nəticə çıxarsa yaxşı olar.

Son olaraq onu da qeyd etmək istərdim ki, Ermənistanın iki seçimi var: Ya Azərbaycanın şərtlərini qəbul edib sülhü imzalayır, ya da Ermənistanı daha acı  tale gözləyir”.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00