84
Pakistanın Pəncab əyalətinin Kasur şəhərinin sakinləri timsahın onları qorxutmasından şikayətləniblər.
Bu barədə “Pakistan Observer” məlumat yayıb.
Altı metrlik sürünən Sutlej çayında məskunlaşıb və bu yaxınlarda sahilə sürünərək bütün günü günəş vannası qəbul edərək şəhər sakinlərini dəhşətə gətirib. Nəhəng timsahı görməyə çoxlu sayda insan gəlib.
İndi tez-tez qayıqla səyahət edən yerli sakinlər adi marşrutlarını dəyişmək məcburiyyətində qalırlar. Timsah tərəfindən yeyilməkdən qorxan insanlar “Hər an belə bir heyvan qayığı suyun altına sürükləyə bilər” deyirlər.(Publika.az)