Əli Əsədov Prezidentə təşəkkür edib

Yenidən baş nazir seçilən Əli Əsədov Milli Məclisdə ilk çıxışı zamanı Prezident İlham Əliyevə təşəkkürünü bildirib.

O, müstəqil Azərbaycan tarixində ilk dəfə olaraq bütün Respublika ərazisində keçirilən prezident seçkiləri nəticəsində İlham Əliyevin yenidən Prezident seçilməsi münasibəti ilə dövlət başçısını təbrik edib.

Bildirib ki, Prezidentin yürütdüyü uğurlu siyasət bundan sonra da davam edəcək.

“İlham Əliyevin müdrik rəhbərliyi altında Azərbaycan işğala son verib ərazi bütövlüyünü və suverenliyini təmin edib. İndi postmüharibə dövrünün tələbinə uyğun olaraq yürütdüyü siyasət uğurla davam edəcək”, – Əsədov qeyd edib.

Related posts

İran–İsrail müharibəsi nə qədər davam edəcək?

Pezeşkian: Müharibə istəmirik, amma hər hücuma cavab verəcəyik

Pezeşkiandan TƏCİLİ AÇIQLAMA – “İsrail öz axmaq əməllərindən peşman olacaq!”