İlham Əliyevlə Entoni Blinken arasında təkbə-tək görüş olacaq

ABŞ dövlət katibi Entoni Blinken Münhendə Azərbaycan Prezidenti İlham Əliyev arasında təkbə-tək görüş olacaq.

Bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

 

Məlumatda deyilir ki, Blinken həm Azərbaycan Prezidenti  İlham Əliyevlə, həm də Ermənistan baş naziri Nikol Paşinyanla ayrılıqda görüşəcək.

Artıq Blinkenin Nikol Paşinyanla görüşü olub.

Dövlət departamentindən o da bildirilib ki, Blinkenin İlham Əliyev və Nikol Paşinyanla üçtərəfli formatda görüşü nəzərdə tutulmayıb.

Related posts

Fransız aktyorun qırmızı xalçaya çıxmasına qadağa qoyuldu

Salman Rüşdinin gözünü çıxarana cəza verildi

Prezident Maya Sandu ilə görüşdü