Son illər tütünə qarşı mübarizədə mühüm irəliləyiş əldə olunub. Bu gün dünyada təxminən hər beş insandan biri siqaret çəkir.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı hesabat açıqlayıb.
Hesabatda deyilir ki, tütün istehlakı azalmaqda davam edir.
“Bu gün dünyada 1 milyard 250 milyon yetkin insan siqaret çəkən var. İlk dəfədir ki, biz belə bir azalma görürük”, – ÜST-nin Sağlamlığın Təşviqi Departamentinin direktoru Rüdiger Kreç məlumat verib.
Ən yüksək göstəricilər əhalinin dörddə birindən çoxunun siqaret çəkdiyi Cənub-Şərqi Asiyadadır, Avropa ikinci yerdədir. ÜST ölkələri tütünə qarşı mübarizə siyasətini və tütün sənayesinə müdaxilələri həyata keçirməyə təşviq edir.