İnsanın ən xoşbəxt yaş dövrü… – Alimlər açıqladı

Almaniyanın Köln İdman Universiteti, Bohum Rur Universiteti, Mainz Yohannes Qutenberq Universiteti və İsveçrənin Bern və Bazel universitetlərinin tədqiqatçıları “ən xoşbəxt yaş”ı tapmaq üçün birgə araşdırma aparıblar.

“Psychology Bulletin” jurnalında dərc olunan araşdırma, ümumilikdə, 460 min 902 iştirakçıdan 443 nümunənin məlumatlarına əsaslanır. Araşdırmaya görə, həyatdan məmnunluq 9-16 yaş arasında azalır, sonra 70 yaşa qədər yenidən yüksəlir. Bu yaşdan sonra isə həyatdan məmnunluq 96 yaşa qədər yenidən azalır. Müsbət emosional vəziyyəti öyrənmək üçün 9-94 yaş arasındakı araşdırmalara görə, mənfi emosional vəziyyətlər 9-22 yaş arasında bir qədər yüksəlir, sonra 60 yaşa qədər azalır və yenidən yüksəlir.

Köln İdman Universitetinin dosenti Suzanna Büker deyib:

“9-16 yaş arasında həyatdan məmnunluğun azalması, çox vaxt yeniyetməlik dövrü ilə əlaqəli olan bədəndə və sosial həyatda baş verən dəyişikliklərlə əlaqələndirilə bilər. Nəticələrə görə, gənclər yetkinliyə addım atdıqca həyatdan məmnunluq yenidən artır. Yaşı çox olan insanlarda isə fiziki performansın azalması, sağlamlığın tez-tez pisləşməsi və xüsusilə, həmyaşıdlarının ölümü ilə əlaqədar vəziyyətlər onlarda mənfi emosional halların artması ilə əlaqəli ola bilər”.

Related posts

Yaşıl mandarinin bilmədiyiniz faydaları

Mən kimin nəslindənəm? – Şəcərənizi belə öyrənin

Tikinti işləri aparanların NƏZƏRİNƏ – 5 min manat CƏRİMƏLƏNƏCƏKLƏR