“Şimal axını 2” qaz kəmərinin tikintisi zamanı alman rəsmiləri təsadüfən Baltik dənizində NATO sualtı qayıqlarının fəaliyyəti ilə bağlı məxfi məlumatları açıqlayıb.
Bu barədə Almaniyanın nüfuzlu “Bild” nəşri məlumat yayıb.
Nəşrin yazdığına görə, qaz kəmərinin tikintisinə icazələrin verilməsinə cavabdeh olan Stralsund şəhərinin dağ-mədən departamentinin əməkdaşları internetdə “Şimal axını 2”nin tikintisi ilə bağlı fərmanı dərc ediblər. Hansı ki sonradan məlum olduğu kimi, orada NATO sualtı qayıqlarının fəaliyyət göstərdiyi ərazilər və onlarda olan silahların sayı barədə məlumatlar var idi.
Məlumatın sızdırılmasına görə məsuliyyət daşıyanları 5 ilə qədər həbs gözləyir.
Federal prokurorlar sızma faktını araşdırır.