Ana səhifə XəbərlərDünya Fransada erməni milyarderin mülkünə həbs qoyuldu – FOTO

Fransada erməni milyarderin mülkünə həbs qoyuldu – FOTO

admin2

Fransa məhkəməsi milyarder erməni biznesmen, “Tashir Group”un sahibi Samvel Karapetyanın şəxsi malikanəsinə həbs qoyulması barədə qərar verib.

Bu barədə “Le Monde” nəşri yazıb.

Nəşrin yazdığına görə, daşınmaz əmlak rəsmi olaraq Karapetyana məxsusdur, lakin Paris prokurorluğu iddia edir ki, əsl sahibi “Qazprom”un törəmə şirkəti “Qazprom Neft”dir.

“Le Monde”nin məlumatına görə, dəyəri 120 milyon avro olan böyük obyekt Kot d’Azurdakı Roquebrune-Cap-Martin bölgəsində yerləşir.

Dəbdəbəli malikanə bir neçə mərtəbəli  binalardan ibarətdir. Bundan əlavə malikanənin ərazisində üç hovuz, tennis kortu və helikopter meydançası var.

“Le Monde” onu da yazır ki, Qərb tərəfindən anti-Rusiya sanksiyaları tətbiq edildikdən sonra bu, Fransa tərəfindən Rusiyaya məxsus ən böyük kapitalı olan aktivlərin müsadirəsidir.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00