“ABŞ qoşunların idarəsi və onlara komandanlıq etmək üçün süni intellektə əsaslanan sistem yaradıb”.
Bu barədə Pentaqonun rəhbərinin müavini Ketlin Hiks süni intellektdən hərbi istifadəyə dair simpoziumda deyib.
O, süni intellektin Pentaqona inteqrasiyası səylərinin ABŞ-nin hərbi imkanlarını gücləndirməsinə baxmayaraq, Vaşinqtonun süni intellektlə silahlanma yarışına can atmadığını da deyib.
Hiks həmçinin kosmosun hərbi əməliyyatların tərkib hissəsinə çevrildiyini vurğulayıb.
“ABŞ-nin həyat tərzi və müharibə aparma üsulları artıq kosmosdakı gücdən asılıdır”, – deyə bildirən Hiks Moskva və Pekinin kosmosu hərbi sahəyə çevirməyə çalışdığını vurğulayıb.
Xatırladaq ki, bundan əvvəl mediada Rusiyanın kosmosda nüvə silahı yerləşdirmək planları barədə məlumatlar yayılmışdı.
Mənbə: Gazeta.ru