Ana səhifə XəbərlərCəmiyyət Sonuncu Turan pələngini kim öldürüb? – Həmid Herisçi

Sonuncu Turan pələngini kim öldürüb? – Həmid Herisçi

admin2

Kulis.az Həmid Herisçinin “Prezident İlham Əliyevin “Maraqlarımız Turandadır” tezisinə” adlı yeni yazısını təqdim edir.

 

Deyirsiz, bəs “Turan projesi” yalnız bizdə var? Yox. “Turan projesi” Qərb, Batı dünyasında da var. İsrail də bu projedə aparıcı mövqelərdən birini tutur.

Ancaq bizim proje filoloji, kinematoqrafik, filoloji məzmunludursa, Qərbinki sırf bioloji, zooloji, gen mühəndisliyi – yəni bioxakerliklə gözəgörünməz tellərlə bağlıdır.

Batının oxşar Turan sevdası “Turan pələngi” adlanır. İcraçıları Oksford universiteti, ABŞ Xərçəng İnstitutu, Qüds Yəhudi universitetidir.

23 “turan pələngi”nin cəsədi bu tədqiqatçıların biolaboratoriyalarında mikroskoplar altında öyrənilir. “Turan pələngi” vaxtiylə Avrasya qitəsinin əsl zooloji möcüzəsi, şəriksiz sahibi olub.

Ermənilər, misal üçün, deyirlər ki, son “Turan pələngi”ni Araz vadisində məhz qaniçən Qaraqen Njde şəxsən öldürüb. Dərisini soyaraq özüylə aparıb. Üzərində əyləşərək öz antitürk, antituran cızma-qaralarını yazıb. Düzü, belə olsa, yuxarıda adı çəkilən hər üç bioloji Qərb universitetləri mövzuya kənardan baxmazdılar. O məşum dərini ələ keçirib, digər “Turan pələngləri”nin biomaterialları ilə birgə öz yarıgizli araşdırmalarına qatardılar.

Qısası, bizim Turan projemiz bu gün kinodur. Filoloji, azca siyasi məzmunludursa, Qərbinki nağdıdı. Realdı. Bilojidir. Gen mühəndisliyinə bağlıdır. Razılaşaq. Günümüzün ən amansız toqquşmaları, özü də gözəgörünməz toqquşmaları, məhz bioloji milli genetik materallarla bağlıdır.

Rusiya ilə Qərbin ilk toqquşmları da bu gizli nöqtədən start götürdü. Ümumdünya antidopinq təşkilatı “WADA”, Rusiyanın “RUSADA” antidoping təşkilatını saxtalaşdarmalarda ittiham etdi. Sonra Vadim Rodçinkov adlı bir kimyaçı qaçıb Kanadada siyasi sığınacaq istədi. Elan etdi: “Rusiya idmanı öz nailiyyətlərinə görə başdan ayağa dopinqə borcludur”.

Məncə, Rusiya WADA-ya yalandan yox… bilərəkdən saxta məlumatlar ötürüb. Rus idmançılarının biomaterillarını bilərəkdən azdırıb, başqalarıyla əvəzləyib. Niyə? Çünkü, bu gün dünyada gizli bioloji, gen silahı, yaxud silahları, dərmanları hazırlanır. Rusiyanın isə öz bioloji, genetik silahları var.

Qərblə Rusiyanın qarşıdurması, yadda saxlayın, bu nöqtədən başladı. Dünyadakı bütün dosyelər, araşdırmalar bir nüsxədə yox… iki nüsxədə mövcuddu. Biri “mənfi”dir. Biri müsbət. Turan dosyesi də Qərbdə ikilidir. Müsbəti də var. Mənfisi də.

Qazaxstan prezdenti Tokayev iki il əvvəl Putinlə görüşü zamanı “Turan” mövzusuna məhz “Turan pələngi” layihəsi ilə başlaması da, düşündürücüdür. Putin cavabında qollarını gen açıb və deyib ki, Amur pələngi ilə “Turan pələngi”ni cütləşdirmək lazımdır.

Putinlə çoxlarının öz mövzularını siyasi yox… zooloji söhbətlə başlaması, təzə deyil. Yaponlar da Kuril adası söhbətinə bu cür başladılar. Putinə Yuma adlı köpək bağışladılar ki, iki il sonra baxıb görsünlər, Yuma öz həmvətənlərini tanıyacaqmı heç? Tanısa, hə… Kuril adaları da qayıdar geri. Tanımasa, heç… söhbət qaldı, necə deyərlər, qiyamətə.

Burda mən yeni abzasa keçmək istərdim.

Məncə, “Ərtoğrul” kimi nostalji, tarixi, retro filmlər çəkməkdənsə, indi məhz Qərbin “Turan pələngi” kimi bioloji-konspiroloji məzmunlu layihələr kino- seriallara gətirilməlidir. Əvvəla, bu modernə keçid olacaq. Bizi Qərbin ən müasir mövzuları, trendləri sırasına buraxacaq. Gedib Oksford, Çikaqo, Qüdsdə çəklişlərə başlarıq. Mövzunu öyrənərik. Qəşəng bir serial ssenarisini hazırlayıb, ABŞ, Britaniya, İsrail, Qazaxstan, Yapon kino ustalarını mövzuya cəlb etmək lazımdı. Ssenari detektiv məzmunlu olmalıdır. İki Turan layihəsi var. Biri ağdı, digəri qara. Orda çox gözəl bioloq qadın da olmalıdır. Sevgilisi də. Hətta Qaragen Njdenin o qənimət dərisi də mövzu iştirakçısı ola bilər. Sifarişinizi gözləyirəm. Sizi ən müasir, ən smart “Turan projesinə” dəvət edirəm. Müəllif haqları özümdədir bu ssenarinin.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00