“Şən Elf və cadugər” yenidən Gənc Tamaşaçılar Teatrının səhnəsində

Fevralın 25-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında ingilis nağıllarının motivləri əsasında hazırlanan “Şən Elf və cadugər” tamaşası yenidən nümayiş olunacaq.

Uşaqlar üçün nəzərdə tutulan səhnə əsərinin quruluşçu rejissoru Ayla Osmanovadır.

Birhissəli nağıl-tamaşada əsas rolları Təhminə Məmmədova, Səbinə Məmmədzadə, Hökümə Rəhimzadə və Nurlan Süleymanlı ifa edəcək. Tamaşa uşaqlara saf hissləri, doğmalığı, dostluğu təbliğ edir.

Related posts

“Sənə kim ixtiyar verib?” – Münsifdən tənqid

Laçında beynəlxalq incəsənət sərgisi açılıb

Azərbaycanlı rejisor İsveçdə ustad dərsi keçdi