150
Fevralın 25-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında ingilis nağıllarının motivləri əsasında hazırlanan “Şən Elf və cadugər” tamaşası yenidən nümayiş olunacaq.
Uşaqlar üçün nəzərdə tutulan səhnə əsərinin quruluşçu rejissoru Ayla Osmanovadır.
Birhissəli nağıl-tamaşada əsas rolları Təhminə Məmmədova, Səbinə Məmmədzadə, Hökümə Rəhimzadə və Nurlan Süleymanlı ifa edəcək. Tamaşa uşaqlara saf hissləri, doğmalığı, dostluğu təbliğ edir.