KTMT-nin məhdudiyyətləri var. Mütləq KTMT-yə silahlarımız barədə məlumat verməliyik.
Bu sözləri “Demokratik Platforma” fondunun direktoru Qaregin Miskaryan erməni mediasına müsahibəsində deyib.
O iddia edib ki, KTMT bu məlumatları alandan sonra düşmənlərə (Azərbaycan nəzərdə tutulur – red.) ötürür:
“Çünki KTMT bizim müttəfiqimiz deyil. KTMT timsalında Rusiya indiki mərhələdə bizim düşmənimizdir. Bu, bizim maraqlarımızın birbaşa toqquşduğu dövlətdir. Bu gün Kremldə oturanlar cinayətkardırsa, biz Rusiya Federasiyası ilə hər cəhətdən əlaqəmizi kəsməliyik. Bizim problemimiz rus xalqı ilə deyil, KTMT-dədir”.