İran dünyadakı bütün nüvə silahlarını məhv etməyə ÇAĞIRDI

İran bəşəriyyət üçün ən böyük təhlükə olan dünyadakı bütün nüvə silahı ehtiyatlarının məhv edilməsini istəyir.

Bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian deyib.

“İran bəşəriyyət üçün ən böyük texnogen təhlükə olan bütün nüvə silahlarının məhv edilməsini tələb edir. Nüvə silahlarının tamamilə ləğvi Xirosima və Naqasaki kimi faciələrin təkrarlanmasının qarşısını almaq üçün yeganə təsirli və etibarlı yoldur”, – nazir Xarici İşlər Nazirliyinin rəsmi Telegram kanalında dərc olunan bəyanatda bildirib.

İran diplomatiyasının rəhbəri deyib ki, nüvə silahı da daxil olmaqla, kütləvi qırğın silahlarından istifadə edilməməsinin yeganə zəmanəti onların tam, geriyə dönməz və yoxlanıla bilən məhv edilməsidir.

Abdullahian əlavə edib ki, “əgər Silahsızlanma Konfransına üzv olan bütün dövlətlər, xüsusən də nüvə gücləri siyasi iradə nümayiş etdirsə və tərksilahla bağlı öhdəliklərini yerinə yetirsə, çıxılmaz vəziyyətdən çıxa biləcəyik”.

Related posts

Pezeşkian keçmiş kəşfiyyat nazirinə yüksək vəzifə verdi

Pezeşkian Roma Papasına çağırış etdi

İranlı jurnalist Kiyanus Sandjari rejimə etiraz olaraq intihar etdi