Putin Azərbaycanla sərhəddəki bu ölkəni işğal edə bilər

Rusiya lideri Vladimir Putinin ambisiyaları nəhəngdir. Təkcə Baltikyanı ölkələri deyil, Gürcüstanı, Moldovanı da əhatə edir.
Bu  barədə NATO-nun Avropadakı qoşunlarının keçmiş baş komandanı Uesli Klark deyib.
O bildirib ki, Moskva çoxdan digər ölkələrin ərazilərinə iştahını nümayiş etdirir:
“Moldova, yaxud Baltikyanı ölkələr – Estoniya, Latviya, Litva. Ya da Polşa, Gürcüstan… Moskva rusların əcnəbi torpaqları zəbt etmək üçün köhnə, bir neçə əsrlik iştahını nümayiş etdirir”, – Klark bildirib.
General vurğulayıb ki, Rusiya hazırda imkanların onun tərəfində olduğuna əmindir.
Klarkın fikrincə, dünyanın və Ukraynanın əsas vəzifəsi Putinə qalib olduğunu yox, uduzduğunu göstərməkdir.

Related posts

Sabah Buxarestdə Türk Dövlətlərinin liderləri toplanır – Sənəd qəbul olunacaq

Hakan Fidan Rusiyaya gedir

İranın müdafiə naziri Ermənistana getdi