Ana səhifə XəbərlərDünya Qərb “başını itirib”: tükənmişik, Zelenskiyə ərəb, hindli, afrikalılar kömək edəcək

Qərb “başını itirib”: tükənmişik, Zelenskiyə ərəb, hindli, afrikalılar kömək edəcək

admin2

Qərbin silah-sursatı tükəndiyindən Ukraynaya Rusiya ilə müharibədə hərbi vasitələrlə bağlı verdiyi dəstəyi yerinə yetirməkdə çox ciddi problemlə üzləşib və nə edəcəyini bilmir. Avropa ölkələri hazırda yaranmış vəziyyətdən çıxmaq üçün müxtəlif variantlar üzərində baş sındırmaqdadır. Hətta bu günlərdə vəziyyətdən çıxış yolu kimi Avropa İttifaqının yüksəksəviyyəli rəsmiləri də Qərb ölkələrinin Ukraynadan başqa hər hansı digər ölkəyə silah satışını dayandırmaq barədə çağırış edib.

Çexiya isə vəziyyətdən çıxış yolu kimi Ukrayna üçün digər ölkələrdən silah-sursat almaq təşəbbüsü ilə çıxış edib.

Çexiyanın baş naziri Peter Fialanın bu təşəbbüsü bir çox Avropa ölkələri tərəfindən dəstəklənib.

“Le Monde” nəşrinin yazdığına görə, Çexiyanın baş naziri Peter Fiala bildirib ki, Avropadan kənarda dövlətlərdən Ukraynanın silah-sursat, xüsusilə artilleriya mərmiləri çatışmazlığı problemini həll etmək məqsədi ilə ölkəsinin irəli sürdüyü təşəbbüsə 15 Avropa ölkəsi qoşulmağa hazırdır.

O deyib ki, bu, Rusiya üçün çox güclü siqnaldır.

Fransa prezidenti Emmanuel Makron Çexiyanın təklifinin keçmiş Aİ siyasətinə uyğun olduğunu bildirib və Parisin bu təşəbbüsə qoşulacağını açıqlayıb.

Hollandiyanın baş naziri Mark Rütte ölkəsinin Çexiya planına 100 milyon avrodan çox töhfə verəcəyini və digər ölkələrin də qoşulacağını söyləyib.

“Sursata gəlincə, Ukrayna üçün dünyanın hər yerindən sursat və mərmi almaq üçün çox yaxşı bir çex təşəbbüsü var”, – Rutte izah etdi.

Rütte hansı ölkələrdən silah-surasat alınacağı ilə bağlı məsələ barədə danışmaq istəməyib və bildirib ki, bu sirdir.

Fransa, Almaniya və İtaliya da daxil olmaqla bir neçə ölkə son həftələrdə Kiyevlə ikitərəfli təhlükəsizlik sazişləri imzalayıb. Aİ xüsusilə mərmi tədarükü ilə bağlı Ukrayna qarşısında öhdəliklərini yerinə yetirməyə çalışır.

Portuqaliyanın Baş naziri Antonio Kosta isə əmin edib ki, Aİ müdafiə nazirləri yaxın on gün ərzində Ukrayna xalqının hərbi səylərini dəstəkləmək üçün sursat sifariş etmək qabiliyyətini gücləndirmək üçün konkret plan təqdim edəcəklər.

Qeyd edək ki, “Spiegel” nəşrinin yazdığına görə, Almaniya Hindistandan Ukrayna üçün bir neçə yüz min mərmi alınması ilə bağlı gizli şəkildə müzakirələr aparmaqdadır. Danışıqların gizli aparılmasının səbəbini açıqlayan alman nəşri “Spiegel” yazıb ki, Hindistan hakimiyyəti Moskva ilə münasibətləri korlamaq istəmir.

Nəşrin yazdığına görə, Ukraynaya silah alınması üçün ərəb ölkələri ilə də saziş imzalana bilər. Çünki bəzi ərəb ölkələrində böyük mərmi ehtiyatları var. Mütəxəssislər hesab edir ki, Balkanlar və bir sıra Afrika ölkələrinin də sursat istehsal etmək imkanı var

Mərmi problemi ilə bağlı yaranmış durumu şərh edən Almaniyanın müdafiə naziri Kristian Fredinq deyib ki, təəssüf olsun, artilleriya və zenit sursatları ilə bağlı ehtiyat dünya ölkələrində o qədər də çox deyil.

Alman nazir onu da əlavə edib ki, burada pul problemi yoxdur. “Almaniya Ukraynaya silah almaq üçün 7 mlrd avro göndərəcək”, – o qeyd edib.

Göründüyü kimi, Qərb çox çətin dilemma qarşısında qalıb. Nə edəcəyini bilmir. Çünki zaman itkisi onların ziyanına işləyir. Başqa ölkələrdən silah-surasat almaq və ya lazımi səviyyədə yeni mərmilər istehsal etmək də zaman tələb edir.

Yaranmış fürsətdən istifadə edən Rusiya hücum əməliyyatlarını sürətləndirməkdə və Ukraynanın azad etdikləri əraziləri yenidən işğal etməkdədir. Bu da psixoloji cəhətdın istər-istəməz döyüşçülərin ruhdan düşməsinə təsir edir.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00