Tanınmış din xadiminin oğlu İrana görə həbs edildi – KİV

Azərbaycanın tanınmış din xadiminin oğlunun “İrana xidmət etdiyinə görə” həbs edildiyi bildirilir.

Bu barədə “MOUZE” teleqram kanalı məlumat yayıb.

Qeyd edilir: “Azərbaycanda İran aşiqlərinə qarşı əməliyyatlar davam edir. Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində biləsuvarlı Şeyx Molla Əhmədin oğlu Kərbəlayi Hüseyn də tutulub”.

Teleqram kanalı Şeyx Molla Əhmədin Azərbaycanda tanınmış din xadimi olduğunu yazıb.
Lent.az isə mənbəsinə istinadən yazır ki, saxlanılan şəxs narkotiklərin qanunsuz dövriyyəsində təqsirli bilinir.

Related posts

Azərbaycanda tanınmış iş adamının ölkədən çıxışına qadağa qoyulur

AŞPA-nın keçmiş vəzifəlisi öldü

Sabiq nazirin oğlu: 400 minlik yeyintidən xəbərim olmayıb