Rusiya və Fransa qırıcılarının “toqquşduğu” görüntülər yayıldı – FOTO/VİDEO

Fransanın “Mirage 2000-5” qırıcı təyyarələri Baltik dənizi üzərində Rusiyanın iki “Su-30” qırıcısı və bir “An-72” nəqliyyat təyyarəsinin hərəkətini əngəlləyib.

Fevralın 29-da Polşanın şimalında beynəlxalq hava məkanında baş verən insidentlə bağlı video və fotolar NATO-nun “X” (Twitter) hesabında paylaşılıb.

“Baxın, dünən Baltik dənizi üzərində Fransanın iki “Mirage 2000-5” qırıcısının Rusiyanın iki “Su-30” təyyarəsinin qarşısını alması necə görünür. Bundan dərhal sonra Fransa qırıcıları yeni missiyaya göndərilib və orada da Polşanın şimalında beynəlxalq hava məkanında uçan Rusiyanın “An-72” təyyarəsinin qarşısı alınıb”, – deyə paylaşımda bildirilib.

Qeyd edək ki, Fransa hərbi təyyarələri alyansın hava məkanının təhlükəsizliyini təmin etmək məqsədi daşıyan “NATO hava polisi” missiyası çərçivəsində NATO-nun bir sıra üzv ölkələri sırasındadır. Bu missiyalar Rusiyanın 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra gücləndirilib.

 

Related posts

Kim Çen In orduya TAPŞIRIQ VERDİ

Şimali Koreya Rusiyaya dəstək üçün 100 minlik qoşun göndərə bilər

ŞOK! Bayden gedər ayaq Zelinskiyə icazə verdi: koreyalı əsgərlər Kurskda ATACMS-la vurulacaq